Leyla Əliyeva: "Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq"

 

 

"Gənclər və mədəniyyətlərarası liderlik platforması sülh şəraitində yaşamağı daim təbliğ edir. Dünyanın bir çox ölkələrindən hamının dünyamızı daha yaxşı etməsi üçün görülən təşəbbüslər təqdirəlayiqdir".

Bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mədəni fərqliliklər, müxtəliflər anlaşılma sayəsində hamımızın bəşəri dəyərlərlə bir araya gəlməyimizə səbəb olur: "Gənclərin özlərinin çoxsaylı şəbəkələr yaratması, bütün mümkün sərhədləri keçmək kimi bacarıqları, qabiliyyətləri var. Sülh və harmoniya uğrunda mübarizədə gənclər bəzən idealist, romantiklər kimi baxır. Amma bu, çox tənqidi yanaşmadır. Gənclərin dialoqa olan yaxınlığı hamımızın sülhə və çiçəklənməyə gətirib çıxaracağı məqamdır".

"Mənəvi təhsilin əldə olunması da vacibdir. Ailələr mühüm müəssisələrdir. Gənclərin sülhpərvər dünyada yaranmasında, dəyərlərin aşılanmasında, əməkdaşlıq və bütün bəşəriyyət üçün rəğbət və hörmətin səslənməsi üçün ümdə ünsürdür. Bu özü də boşluq və vakuum əfsuslar olsun ki, nifrət, qəzəb, zorakılıqla doldurulur. Eyni zamanda gənclərin müvafiq, doğru-düzgün təlim və tədrislə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır", - L.Əliyeva əlavə edib.

Vitse-prezident əlavə edib ki, gənclərin üzərinə həddindən artıq təzyiq qoyulmamalıdır: "Bəzən intellektual gənclər belə tam xoşbəxt deyillər. Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq.

Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabaqcıl, humanitar, tollerant, açıq təfəkkürlüdür. Bu da tarixin təbii təkamülüdür. Gəlin, gənclərə hamılıqla dəstək göstərək. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin onu israf etməyək. Sözlər həllərlə daima müşayiət olunmalıdır".

2019-05-03 / 12:13
Facebook