Tokio “Global Power City” reytinqində üçüncü yeri tutub

15078703891844458039_1000x669

Yaponiyanın Şəhər Strategiyası İnstitutunun apardığı araşdırmanın nəticələrinə görə, “Global Power City” (Dünyanın Əsas Şəhərləri) reytinqində Tokio ikinci dəfə üçüncü yeri tutub.

Həmin institut Global Power City indeksini 2008-ci ildən hesablamağa başlayıb. Cari ildə institut 44 şəhərin altı kateqoriya – iqtisadiyyat, tədqiqatlar və işləmələr, mədəni fəaliyyət, həyat səviyyəsinin uyğunluğu, ətraf mühit və nəqliyyatın səviyyəsi üzrə reytinqini hazırlayıb.

Araşdırmanın nəticələrinə görə, London birinci, Nyu-York isə ikinci yeri tutub. Ötən il də Tokio Parisi qabaqlayaraq üçüncü yeri qazanmışdı. Bu dəfə isə Yaponiya paytaxtı Nyu-York ilə arasında olan fərqi azaltmağa nail olub.

2017-10-13 / 09:31
Facebook