Xaricdə yaşayan yaponlar ümumi seçkilərdə səs verməyə başlayıblar

15077820533595758837_1000x669

Xaricdə yaşayan yaponlar ölkə parlamentinin aşağı palatasına keçirilən seçkilərdə səs verməyə başlayıblar.

Oktyabrın 11-də ölkədən kənarda yerləşən 223 məntəqədə, o cümlədən səfirlik və konsulluqlarda səsvermə prosesinə start verilib.

Xaricdə səs vermək üçün 101 mindən artıq seçicinin qeydiyyatdan keçdiyi bildirilir. Onlar vətəndə son yaşayış yerlərindəki dairə üzrə namizədlərə, həmçinin proporsional seqment üzrə səs vermək hüququna malikdirlər.

Səsvermə müddətinin bitməsi regionlardan asılı olaraq fərqlənir və onun oktyabrın 16-da başa çatacağı gözlənilir.

Bundan sonra səfirliklərin rəsmi nümayəndələri həmin bülletenləri Yaponiyaya gətirərək təhvil verəcək və onlar oktyabrın 22-də keçiriləcək ümumi səsvermədən sonra sayılacaq.

2017-10-12 / 09:38
Facebook