Bakı Musiqi Akademiyasının xor kollektivi beynəlxalq festivala hazırlaşır

15075459693936225265_1000x669

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Lumineux” ansamblı Gürcüstanın Qori şərhində keçiriləcək Xor musiqisi üzrə beynəlxalq festivala dəvət olunub.

BMA-dan bildirilib ki, kollektivin tərkibi akademiyanın xor dirijorluğu kafedrasının tələbələrindən ibarətdir.

Oktyabrın 11-dən 13-dək davam edəcək festivalda bir çox xarici ölkələrin xor kollektivi iştirak edəcək.

2017-10-09 / 14:58
Facebook