Məşhur “Discovery” televiziya kanalı “Google” internet şirkəti ilə səylərini birləşdirərək 38 virtual səyahət toplusundan ibarət qeyri-adi layihə üzərində işə başlayır.
Layihəyə görə, Yer kürəsinin bu və ya digər guşəsini görmək istəyən insanlar tezliklə evlərini tərk etmədən öz arzularını həyata keçirə biləcəklər.
Məlumata görə, virtual reallıq layihəsi okean sahilini və ya meşə cəngəlliklərində vəhşi heyvanları görməklə yanaşı, dünyanın ətrafı üzrə səyahəti elektron informasiya daşıyıcısına yazaraq kompüter qarşısında yenidən səyahətləri seyr etməyə imkan verəcək.