Avropa Parlamenti daha iki ölkəyə Şengen informasiya sisteminə qoşulmağa icazə verib

1507254291338676_1000x669

Avropa Parlamentinin deputatları Bolqarıstanın və Rumıniyanın Şengen informasiya sisteminə qoşulmaları barədə qərar qəbul ediblər. Bununla da bu iki dövlət üçüncü ölkələrin vətəndaşlarını sistemdə yoxlamağa icazə alıb. Buna baxmayaraq, sözügedən ölkələrə sistemdə hər hansı dəyişiklik və ya məlumat əlavə etməyə icazə verilməyib.

Bolqarıstan və Rumıniya ilə bağlı təklif Avropa İttifaqı Şurası tərəfindən də təsdiqlənib. Avropa deputatların fikrincə, Şengen məkanına daxil olmaq üçün Bolqarıstan və Rumıniya hava, quru, dəniz sərhədləri, polis əməkdaşlığı, şəxsi məlumatların qorunması və viza məsələləri üzrə bütün tələbləri yerinə yetiriblər. Bu iki ölkənin Şengen məkanına daxil olması ilə bağlı son qərar Avropa İttifaqının bütün ölkələri tərəfindən yekdilliklə qəbul olunmalıdır.

2017-10-06 / 09:16
Facebook