V Bakı Beynəlxalq Sərgi-Yarmarkası çərçivəsində paytaxtımızda səfərdə olan Kolumbiya yazıçısı və araşdırıcısı Conrado Zuluaga ilə Azərbaycan Yazıçılar Birliyində (AYB) görüş keçirilib.
AYB-dən bildirilib ki, birliyin sədri, Xalq Yazıçısı Anar qonağa Azərbaycan tarixi, Qarabağ həqiqətləri barədə məlumat verib, fikir mübadiləsi aparılıb.
Görüşdə Kolumbiya–Azərbaycan ədəbi əlaqələrinin inkişaf perspektivləri, bütövlükdə ispandilli ədəbiyyatın dünyadakı yeri, yeni nümunələrin Azərbaycan dilinə tərcüməsi və Azərbaycan ədəbiyyatının tanıdılması imkanları müzakirə edilib.
Sonda qonağa Azərbaycan ədəbiyyatı nümunələrinin ingilis dilində olan versiyaları təqdim olunub.
Görüşdə Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Marta Qalindo Penya da iştirak edib.