26 sentyabr - Avropa Dilləri Günüdür

15064200516130519562_1000x669

26 sentyabr - Avropa Dilləri Günüdür.

Həmin təqvim 2001-ci il 6 dekabrda Avropa Şurası tərəfindən təsis edilib. Növbəti il sentyabrın 26-dan etibarən üzv dövlətlər bu günlə əlaqədar müxtəlif tədbirlər təşkil etməyə başlayıblar.

Avropa Dilləri Gününün qeyd edilməsinin əsas səbəbi hər kəsi ikinci və ya üçüncü dil öyrənməyə təşviq etmək, həmçinin bir neçə dilbilmənin mədəniyyətlərarası anlayışı artırdığını aşılamaqdır.

Avropada 225 yerli dil var və onların üçdə ikisi təhlükə altındadır. Qitədə ən çox yayılmış dillər - rus, alman, türk, ingilis, fransız, italyan dilləridir.

2017-09-26 / 15:49
Facebook