“Azərbaycan–Rusiya: dostluq qanadlarında” festivalının qalibləri ilə görüş

15059951194734443676_1000x669

Sentyabrın 21-də Nizami Kino Mərkəzində “Azərbaycan–Rusiya: dostluq qanadlarında” devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivalın təşkilatçıları və qalibləri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Vuqar Zeynalov qonaqları salamlayaraq, hər iki ölkə arasında olan mədəni əlaqələrin tarixindən danışıb.

Vurğulayıb ki, müsabiqə-festivalın keçirilməsində məqsəd mədəniyyətimizin milli xüsusiyyətlərinin tanıdılması, Azərbaycan və Rusiya mədəniyyətlərinin qarşılıqlı inkişafı üçün şəraitin yaradılmasıdır.

Rusiyanın Çelyabinsk vilayətində Azərbaycan diasporunun rəhbəri Rəfail Quliyev çıxışında Azərbaycanın mədəni inkişafını və mənəvi dəyərlərini təbliği istiqamətində görülən işlərin Rusiyada yaşayan xalqlara çatdırılmasından danışıb.

Festivalın münsiflər heyətinin sədri, Rusiyanın Əməkdar İncəsənət Xadimi, Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasının estrada kafedrasının müdiri, professor Rulan Xabibulin ənənəvi olaraq keçirilən bir çox gəncin iştirak etdiyi festival-müsabiqənin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Qeyd edilib ki, Çelyabinsk şəhərində “Azərbaycan–Rusiya: dostluq qanadlarında” devizi altında gənclərarası yaradıcılıq müsabiqə-festivala 2013-cü ildən start verilib. Müsabiqə-festival Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Çelyabinsk vilayətinin mədəniyyət, elm və təhsil nazirliklərinin, Çelyabinsk Şəhər Administrasiyasının birgə təşkilatçılığı, Çelyabinsk Vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi “Ozan” ictimai təşkilatının dəstəyi ilə keçirilib. Müsabiqə-festivalda vokal, instrumental, xoreoqrafiya, təsviri incəsənət və diyarşünaslıq nominasiyaları üzrə qaliblər seçilib. Festivalın yekun qala konsertinin proqramına Q.Qarayev, F.Əmirov, Y.Poplyanova və başqa məşhur Azərbaycan və rus bəstəkarlarının əsərləri və xalq mahnıları daxil olub.

2017-09-21 / 16:09
Facebook