Muğam Mərkəzində növbəti tədbir tanınmış müğənniyə həsr ediləcək

1505736780494627712_1000x669

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndə Məmmədəli Əliyevə həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil ediləcək.

Muğam Mərkəzindən bildirilib ki, “Mədəniyyət” kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək musiqili gecədə sənətkarın qəzəlləri səslənəcək, xidmətlərindən danışılacaq.

Həmçinin, gecədə tanınmış ifaçılar tərəfindən konsert proqramı təqdim olunacaq.

Qeyd edək ki, tanınmış müğənni Məmmədəli Əliyev (ədəbi təxəllüsü Sail) "Kor ərəbin mahnısı"nın ilk ifaçısı olub.

2017-09-18 / 16:17
Facebook