Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək

15057344321629411271_1000x669

Sentyabrın 21-də Bəstəkarlar İttifaqında klassik Azərbaycan bəstəkarlarının xor, vokal və kamera-instrumental əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə AzTV-nin C.Cahangirov adına Xorunun (Bədii rəhbər və dirijor Şəhla Ələkbərova) müşayiəti ilə görkəmli bəstəkarlarımızın Üzeyir Hacıbəyli, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Müslüm Maqomayev və digərlərinin əsərləri ifa olunacaq.

2017-09-18 / 15:41
Facebook