Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konserti olacaq

15056860962824062366_1000x669

Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək.

“jAzzeri Muğam Bands” adlanan caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Rəşad Haşımov və “Rast” qrupu, Arslan Növrəsli (tar), Səbinə Babayeva, Şəhriyar İmanov (tar), Elvin Bəşirov və kvarteti, Nicat Aslanov və kvarteti, Afşin Əlizadə kvartet iştirak edəcəklər.

Biletləri İticket.az-dan onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

2017-09-18 / 10:08
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 2.0025
Facebook