İspaniyada baş rolda ispan aktrisasının çəkildiyi “Əli və Nino” filminin nümayişinə başlanılıb

15054621331336452348_1000x669

Madridin “Cine Paz” kinoteatrında “Əli və Nino” filminin ilkin təqdimatı olub. Filmin bu gündən İspaniyada rəsmi nümayişinə başlanılıb. İngilis dilində yayımlanan film ispan subtitrləri ilə müşayiət olunur.

Layihənin rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Akademy Award” mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.

Madriddə keçirilmiş ilkin təqdimatda filmə böyük maraq müşahidə olunub.

Bir həftə ərzində "Əli və Nino" filmi Barselonada "Icaria Yelmo Cineplex" və "Comedia" kinoteatrlarında da nümayiş etdiriləcək.

 

2017-09-15 / 12:15
Facebook