İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (COMSTECH) hər iki ildən bir üzv ölkələrdə elm və texnologiya sahəsində yüksək nailiyyətlər qazanmış alimlərə mükafatlar təqdim edir.
AMEA-dan bildiriblər ki, 2017-ci il üzrə mükafatların biologiya və kimya, elm və texnologiya kateqoriyaları üzrə təqdim olunması nəzərdə tutulur.
Namizədlər müraciət üçün ərizə formasını www.comstech.org səhifəsindən əldə edə bilərlər. Ərizələr oktyabrın 31-dək [email protected] elektron ünvanına göndərilməlidir.