Sentyabrın 7-də Vaşinqtonda Yaxın Şərq İnstitutunda Azərbaycan xalçalarının sərgisi keçiriləcək.
Xalça Muzeyindən bildirilib ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə baş tutacaq sərgidə qonaqlar Azərbaycanın müxtəlif bölgələrinin xalçaçılıq sənətinin ənənələri ilə tanış olacaqlar.
Sərgi çərçivəsində rəsmi qəbul da keçiriləcək.