Qırğızıstan Prezidenti mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçısı Almazbek Atambayevin Fərmanına əsasən Muxammedkalıy Abulqaziev ölkənin Baş naziri vəzifəsini icra edəcək.
Sənəddə bildirilir ki, Qırğızıstanda yeni hökumət formalaşdırılanadək M.Abulqaziev hökumətə rəhbərlik edəcək.
Xatırladırıq ki, Sosial-Demokrat Partiyasının namizədi olan Baş nazir Sooronbay Jeenbekov oktyabrın 15-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün avqustun 21-də istefa verib.