Minlərlə “Windows” istifadəçisi “Skype” servisinə girişdən məhrum olub

14990656463282719666_1000x669

“Microsoft” şirkətinin nümayəndəsi ötən ayın əvvəllərində məlumat vermişdi ki, “Skype” internet telefoniya servisində həyata keçiriləcək genişmiqyaslı yeniləmə nəticəsində həmin xidmət “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa messencerlərlə rəqabət apara biləcək. Tərtibatçılar, eyni zamanda, iyulun 1-dən bəzi köhnə sistemlərdə bu servisin dəstəyinin dayandırılması haqda məlumat verirdilər.

İyul ayından “Windows RT”, “Windows Phone 8” və “8.1” sistemlərinin sahibləri üçün “Skype” servisi əlçatmaz olub. Messencer “Smart TV” funksiyasına malik televizorlarda və “Windows 10 Mobile” üçün “Messaging” proqramında artıq işləməyəcək. Xatırladaq ki, “Skype” servisinin qeyd olunan əməliyyat sistemlərində dəstəyinin dayandırılması xidmətin “bulud” infrastrukturuna keçidi ilə bağlıdır. Tərtibatçılar “Skype”dan istifadə etməyi planlaşdıran istifadəçilərə öz əməliyyat sistemlərini yeniləməyi tövsiyə edir.

2017-07-03 / 12:19
Facebook