Heydər Əliyev Sarayından yeni layihə - “Məşhurlar və övladları”

14982156886452745185_1000x669

Heydər Əliyev Sarayı daha bir yeni layihə təqdim edir. Layihəyə əsasən sentyabrın 23-də “Məşhurlar və övladları” adlı konsert proqramı baş tutacaq.

Sarayın mətbuat xidmətindən bildirilib ki, ilk dəfə keçiriləcək layihədə Xalq artistləri Şahnaz Haşımova – oğlu Tural Abdullayev, Gülyaz Məmmədova – oğlu Ramazan Şərifzadə, Ramiz Novruz – oğlu Cavidan Novruz, Şəfiqə Eyvazova – qızı Mehri Əsədullayeva, Əməkdar İncəsənət Xadimi Aqil Məlikov – oğlu Hüseyn Məlikov, Əməkdar artistlər Nuriyyə Hüseynova – qızı Çilənay Bədəlova, Teyyub Aslanov – oğlu Nicat Aslanov, Elza Seyidcahan – oğlu Ələkbər Qasımov, Aşıq Ulduz – qızı Sədaqət Ulduz, tanınmış müğənnilər Könül Kərimova – oğlu Rəşad Məmmədov, Aşıq Zülfiyyə - oğlu Babək Quluzadə, Rüfət Axundov – oğlu Məhəmmədəli Axundov, Emil Bədəlov – qızı Səadət Bədəlova, Elxan Qaraxanoğlu – oğlu Ayxan Şirinov, Rəna Talıbova – oğlu Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Layihənin xüsusi qonaqları qismində Xalq Artisti Faiq Ağayev, Əməkdar Artist Aybəniz Haşımova, Nadir Qafarzadə və Vüqar Əbdülov (meyxana) çıxış edəcəklər.

Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

2017-06-23 / 16:06
Facebook