Xətai Sənət Mərkəzində balaca fırça ustalarının əsərləri sərgilənir

1496900050522021812_1000x669

Bakı Xətai Sənət Mərkəzində “Mənim düşüncəm-2017” adlı uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılıb.

Sərgi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib. Sərgidə 15 yaşa qədər olan 190-dək balaca fırça ustasının 200 sənət əsəri nümayiş olunur. Beynəlxalq Uşaqlar Gününə həsr olunmuş müsabiqə-sərgi uşaqlarda bədii zövqün formalaşması, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibətin mükəmməlləşməsi məqsədi daşıyır.

Müsabiqənin şərtlərinə uyğun olaraq qalib iştirakçılar diplomlarla təltif edilib.

 

2017-06-08 / 10:34
Facebook