“Zirə” Mədəniyyət Mərkəzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Fidan Hacıyeva tələbələri ilə birgə konsert verib.
Tələbələrimin repertuarında həm Azərbaycan, həm də dünya musiqisinin əsərləri yer tutub. Xalq Artisti konsertdə tələbəmi ilə duet də oxuyub. Konsertdə Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Tofiq Quliyev, Nikolas Brotski, Jorj Bize və digər bəstəkarların əsərlərinə müraciət olunub.
Konsertdə çıxış edən F.Hacıyeva bildirib ki, o tələbələri ilə fəxr edir və onların tez bir zamanda peşəkarcasına ifa etmə bacarıqlarını yüksək qiymətləndirir: “Ən əsası odur ki, hər bir tələbəm özünü bu konsertdə yüksək səviyyədə göstərmək şansı qazandı. Artıq mənim tələbələrim arasında müsabiqələrə qatılması, beynəlxalq tədbirlərdə çıxışları və artıq laureat olmaları məni qürurlandırır. Bütün bunlar tək mənim deyil, Azərbaycan mədəniyyətinin, vokal sənətinin uğurudur. Etdiklərimin hamısı məhz Azərbaycan üçündür. Musiqi mərkəzində müxtəlif yaş kateqoriyalarda tələbələr var. 7 yaşından başlayaraq istedadlı hər kəs bizimlədir. Oynadığım obrazların gənc səslərdə tapıntısı böyük uğurdur. İnanıram bu gənclərin hər biri gələcəyin Gülçöhrəsi, Koroğlusu, Balaşı, Əsgəri, Sevili, Karmenidir”.
Sonda Fidan Hacıyeva musiqisevərləri iyunun 11-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına dəvət edib.
Qeyd edək ki, həmin gün F.Hacıyeva yenə də tələbələri ilə birgə konsert verəcək.