Mahnı Teatrında görkəmli müğənni Rəşid Behbudovun xatirəsi yad ediləcək


14962146142244255662_1000x669

İyunun 9-da R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli müğənni, Xalq Artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert təşkil olunacaq. Konsert R. Behbudov adına 2 nömrəli musiqi məktəbinin və Mahnı Teatrının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu haqda teatrın direktor müavini İlqar Musayev məlumat verib.

“Hər il olduğu kimi, bu il də unudulmaz sənətkarımızın vəfatının ildönümü teatrda yad olunacaq. Belə ki, sözügedən musiqi məktəbinin şagirdləri vaxtı ilə görkəmli müğənninin ifasında səslənən mahnıları ifa edəcək, eyni zamanda bir sıra kompozisiyalarla çıxış edəcəklər”,- deyə İ. Musayev söyləyib.

Direktor müavini əlavə edib ki, bundan başqa iyunun 15-də teatrın sənətkarın adını daşıyan instrumental ansamblı maraqlı konsert proqramı ilə çıxış edəcək. 15 iyun- Qurtuluş Gününə həsr olunacaq konsertdə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.

2017-05-31 / 12:18
Facebook