Mayın 29-da Moskvada baş verən qasırğa nəticəsində 170 nəfərin yaralandığı bildirilir. Onların 108 nəfəri, o cümlədən 22 uşaq hələ də xəstəxanadadır.
Təbii fəlakət nəticəsində mindən çox avtomobilə ziyan dəyib, 180 binanın damı uçub, 6 mindən artıq ağac kökündən çıxıb. Ötən gün müşahidə edilən təbii fəlakət 130 il ərzində Rusiya paytaxtında baş vermiş ən güclü qasırğadır. Sinoptiklərin məlumatına görə, küləyin sürəti saatda 23, bəzi yerlərdə 27-28 metrə çatıb. Hazırda sinoptiklər təbii fəlakətin təkrarlanacağını istisna etmir və təhlükəsizlik vəziyyətinin ən yüksək - “narıncı” səviyyədə olduğunu bildirilər. Proqnoza görə, qeyri-sabit hava şəraiti həftə ərzində davam edəcək.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi son məlumata görə, qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.