Bakı Musiqi Akademiyasında “Kamerton” layihəsinə yekun vurulub


14955337003375658474_1000x669

Mayın 23-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ideya müəllifi professor Yulya Kərimova və bədii rəhbəri Xalq Artisti Fəxrəddin Kərimov olan “Kamerton” layihəsinə yekun vurulub.

BMA-dan bildirilib ki, tədbirdə Y.Kərimova çıxış edərək layihənin əsas hədəfləri haqqında iştirakçıları məlumatlandırıb.

Vurğulanıb ki, sözügedən layihə çox nadir hallarda ifa olunan mahnıların səsləndirilməsini nəzərdə tutur. Layihə çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrin bəstəkarlarının az-az səslənən əsərləri peşəkar və istedadlı musiqiçilər tərəfindən ifa olunur.

Tədbir konsert proqramı ilə davam edib.

 

2017-05-23 / 15:17
Facebook