İyunun 22-də Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisi konserti keçiriləcək.
Muğam Mərkəzindən bildirilib ki, konsert iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunacaq.
Konsertdə iki musiqiçi - nəfəsli alətlərdə Daniel Pop, simli alətlərdə isə Doina Lavrik çıxış edəcəklər.