NATO-nun üzvləri İŞİD-ə qarşı koalisiyaya qoşulmaq məsələsini müzakirə edəcəklər


14954197112754143966_1000x669

NATO-ya üzv dövlətlər mayın 25-də Brüsseldə keçiriləcək sammitdə İŞİD terror qruplaşmasına qarşı beynəlxalq koalisiyaya qoşulmaq məsələsini müzakirə edəcəklər.

Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Bild” qəzetinə müsahibəsində bildirib.

“Biz koalisiyaya siyasi və təşkilati baxımdan da kömək edə bilərik”, - deyə baş katib qeyd edib.

Yens Stoltenberq deyib ki, NATO Suriyada və İraqdakı vəziyyətə qarışmaq niyyətində deyil. Bu ölkələrdəki vəziyyətə hərbi müdaxilə, ümumiyyətlə, gündəlikdə deyil. NATO nə Suriyada, nə də İraqda hərbi əməliyyatlarda iştirak etməyəcək.

2017-05-22 / 09:53
Facebook