“Rosneft” Türkiyənin “Demirören Group”unu 4,6 milyon ton neft məhsulu ilə təmin edəcək


14952621191803047425_1000x669

Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkəti Türkiyənin “Demirören Group”u ilə 2018-2020-ci illəri əhatə edən dövrdə neft məhsullarının tədarükü üzrə müqavilə imzalayıb.

“Rosneft” müqavilə çərçivəsində “Demirören Group”u 2 il ərzində 4 milyon 600 min ton neft məhsulu ilə təmin edəcək.

Həmçinin “Rosneft” Türkiyənin “BA Gas Enerji Sanayi ve Ticaret A.Ş.” şirkəti ilə də müqavilə imzalayıb. Müqaviləyə görə, şirkət Türkiyəyə ildə 6 milyon ton neft məhsulu göndərəcək.

2017-05-20 / 11:52
Facebook