Braziliya prezidentinin impiçmenti ilə bağlı parlamentə müraciət edilib


14950788902887638279_1000x669

Braziliyalı deputat Alessandru Molon parlament rəhbərinə ölkə prezidenti Mişel Temerin impiçmenti ilə bağlı rəsmi sorğu göndərib.

Sorğu prezidentin Globo portalında yayılan səs yazısı ilə bağlıdır. Prezident Temerin səsi olduğu iddia edilən yazıda o, deputatlar palatasının sabiq rəhbəri Eduard Kunyeyə “Petrobras” neft şirkəti ətrafındakı korrupsiya qalmaqalı işi üzrə susması üçün 630 min dollar verilməsi tapşırığı verir.

Əgər deputatın sorğusu qəbul edilərsə, dövlət rəhbəri postunu 90 gün müddətinə parlamentin deputatlar palatasının sədri icra edəcək, sonra isə prezident seçkiləri keçiriləcək. Seçkilər isə ümumxalq deyil, parlament deputatlarının səsverməsi ilə baş tutmalıdır.

2017-05-18 / 09:41
Facebook