Ağ ev Tramp-Ərdoğan görüşünün vaxtını açıqlayıb


14944940762142663496_1000x669

Mayın 16-da ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. Bu barədə Ağ evin mətbuat katibi Şon Spayser məlumat verib.

Spayserin sözlərinə görə, liderlər görüş zamanı qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, həmçinin terrorun bütün növlərinə qarşı mübarizədə əməkdaşlığın inkişafı yollarını müzakirə edəcəklər.

Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan aprelin 20-də jurnalistlərə verdiyi müsahibədə Çinə səfərinin ardından ABŞ-a gedərək mayın 16-17-də Trampla görüşəcəyini demişdi.

2017-05-11 / 14:22
Facebook