Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən 75 saxlama vahidi fotosənəd və 12 saxlama vahidi kinosənəd daimi mühafizə üçün Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilib.
Bu sözləri Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov deyib.
“Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən Dövlət Kino– Foto Sənədləri Arxivinə daimi saxlanmaq üçün təhvil verilmiş fotosənədlər rayonun işğaldan sonrakı həyatını, rayon əhalisinin sosial vəziyyətini, güzəranını əks etdirir. Hazırda qəbul olunmuş foto – kino sənədlərin hər biri haqqında arxivdə ayrıca məlumat hazırlanır və sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir”, - deyə N. Eminov vurğulayıb.