Almaniya Kansleri Angela Merkel Prezident Vladimir Putin ilə danışıqlar aparmaq üçün Rusiyaya gəlib. Hazırda iki lider arasında Soçidə görüş keçirilir.
Kremlin mətbuat xidmətinin məlumatına görə, ikiillik fasilədən sonra yenidən Rusiyaya gələn Merkel Prezident Putin ilə iyul ayında Hamburqda keçiriləcək “Böyük iyirmilik” sammitinə hazırlıq məsələsini, Ukrayna, Suriya və Liviyadakı vəziyyəti müzakirə edir. Həmçinin ikitərəfli münasibətlər, energetika, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri də diqqət mərkəzindədir.