Ölkəmizin turizm imkanları Xətai Sənət Mərkəzində nümayiş olunacaq

14933485411031324855_1000x669


Mayın 12-də Bakı Xətai Sənət Mərkəzində “Bura Azərbaycandır” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə keçirilən rəsm müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Müsabiqənin təşkil olunmasında məqsəd turizm sektorunun inkişafında rəssamların rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə tanış etməklə, ölkəmizin turizm imkanlarını təqdim etməkdən ibarətdir.

2017-04-28 / 09:08
Facebook