Türkiyə Sahil Mühafizə Xidməti Rusiya gəmisinin heyətini xilas edib

1493293853959650235_1000x669

Rusiya Qara Dəniz Donanmasına məxsus “Liman” tədqiqat gəmisi Bosfor körfəzi yaxınlığında Toqo bayrağı altında üzən “Yozuzarsif-Н” yük gəmisi ilə toqquşub. Qəza nəticəsində “Liman” gəmisi zədələnib. Son məlumata görə, “Liman” tədqiqat gəmisi batıb.

Türkiyə Sahil Mühafizəsi Xidmətindən TASS agentliyinə bildiriblər ki, Rusiya gəmisində olan 78 gəmiçinin hamısı təxliyə olunub. Ölən və yaralanan yoxdur. Yük gəmisi zədələnməyib və onun heyəti yardım barədə müraciət etməyib.

Gəmilərin toqquşması Bosfor körfəzinə girişdə, Kilos burnu yaxınlığında baş verib. Qəzaya qatı dumanın səbəb olduğu bildirilir.

2017-04-27 / 16:52
Facebook