İspaniyanın “Enagas” şirkətinin 2017-ci ilin birinci rübündəki xalis mənfəəti 102,8 milyon avro olub.
Bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, həmin göstərici 2016-cı ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
Cari ilin birinci rübünün sonuna “Enagas”ın xalis borcu 4,913 milyard avro təşkil edib. Şirkətin maliyyə ehtiyatları 2,288 milyard avro olub. Hesabat dövründə şirkət 264,1 milyon avro dəyərində sərmayə qoyuluşu həyata keçirib.
Qeyd edək ki, “Enagas” Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəməri layihəsində 16 faizlik səhmə sahibdir. Şirkət 1972-ci ildə təsis edilib.