Qala qoruğunda müharibədən sonrakı illərin ab-havası yaşanılacaq


1493191862973014118_1000x669

Mayın 23-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Bakı (Qala) müharibədən sonrakı illərdə” adlı tədbir keçiriləcək. Tədbir 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunacaq.

Tədbirdə müharibədən sonrakı illəri canlı əks etdirən bir-birindən maraqlı səhnəciklər həmin dövrün ab-havasını yaşadacaq.

Müharibədən sonraki illərdə hərbi məqsədlər üçün istifadə olunan iki abidəyə - keçmiş hospital və Hacı Ramazan məscidinə retro maşınlarla gəzinti, zamanın axarında o illərin izlərini yaşadan tarixi abidələrə ziyarət, onlar haqqında ətraflı məlumat əldə etmək, günü unudulmaz edəcək. Həmin dövrün əsrarəngiz estrada mahnılarının sədaları altında müharibədən sonrakı dövrə aid talonlarla yeməklərdən - isti təndir çörəyi, süd məhsulları, qutab, kababdan dadmaq iştirakçılara xüsusi zövq verəcək, “Rock-in-roll” la rəqs əyləncəli olacaq. Tədbirə “dress kod” mütləqdir.

Biletləri mayın 15-dək əldə etmək olar.

2017-04-26 / 12:32
Facebook