Kiyevdə bəşəriyyət tarixinin ən böyük nüvə fəlakəti - Çernobıl AES-də baş verən qəza qurbanlarının xatirəsi bir dəqiqəlik sükut və kilsə zənglərinin sədaları ilə yad edilib.
31 il əvvəl AES-in dördüncü enerji blokunda partlayışın və güclü şüalanmanın baş verdiyi vaxtda - gecə saat ikinin yarısında həlak olanların ruhuna dualar edilib və “Çernobıl qəhrəmanlarına” memorial kurqanına əkililər qoyulub.
Faciə nəticəsində Ukrayna, Belarus, Rusiya və daha 14 Avropa ölkəsinin ərazisi şüalanmaya məruz qalıb. Qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatlarında iştirak edənlərin qəhrəmanlığı daha böyük faciələrin qarşısını almağa kömək edib. Onların bir çoxu sonradan dünyasını dəyişib.
Bu il Çernobılda “Örtük-2” obyektində işlər başa çatacaq. Dağılmış reaktor köhnə sarkofaqla birlikdə polad örtüklə bağlanıb və o, azı bir əsr ərzində ətraf mühiti radiasiyadan qoruyacaq.
Xatırladaq ki, Çernobıl qəzasının baş verdiyi gün - aprelin 26-sı 2003-cü ildən etibarən radioaktiv qəzalar və faciə qurbanlarının Beynəlxalq Xatirə Günü kimi qeyd olunur.