İslami dəyərlərin müasir dövrə uyğunlaşması “1001 gecə”də sərgilənəcək


14931877571984521344_1000x669

Aprelin 27-də YAY Qalereyasında altı gənc rəssamın “1001 gecə” adlı qrup sərgisi açılacaq.

Sərgi müasir incəsənət sahəsində çalışan görkəmli Azərbaycan rəssamlarının rəngkarlıq, heykəltəraşlıq və instalyasiya nümunələrini özündə birləşdirir.

Rəssamlar Orxan Hüseynov, Faiq Əhməd, Fərid Rəsulov, Rəşad Ələkbərov, Hüseyn Haqverdi və Reza Hazarenın sənət silsiləsinin yer alacağı sərginin ideyası İslam mədəniyyəti dəyərlərindən, onların müasir dövrə necə uyğunlaşmasından, habelə hansı transformasiyalara uğramasından bəhs edir.

İyunun 11-dək davam edəcək sərginin kuratoru Fərəh Ələkbərlidir.

2017-04-26 / 11:25
Facebook