Opera və Balet Teatrı İslam Həmrəyli Oyunlarına tam hazırdır

14931173281810529242_1000x669

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıqlarını yekunlaşdırb.

Teatrın mətbuat xidmətindən bildirilib ki, teatr beynəlxalq tədbirlə bağlı xüsusi repertuar planı hazırlayıb. Repertuar planına dünya və Azərbaycan klassik və müasir opera nümunələri daxil edilib.

Belə ki, sənət ocağının səhnəsində may ayında oynanılacaq Lüdviq Minkusun “Don Kixot”, Üzeyir Hacıbəylinin “Əsli Kərəm, “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Aqşın Əlizadənin “Qafqaza səyahət” və “Ümid valsı” səhnə əsərləri beynəlxalq tədbirin iştirakçıları və paytaxtımızın qonağı olan turistlər üçün nəzərdə tutulub.

2017-04-25 / 16:50
Facebook