Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın həqiqi üzvü, professor Ağamusa Axundovun 85 illik yubileyi münasibətilə “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfransa yekun vurulub.
Konfrans çərçivəsində “Türkologiya” jurnalının akademik A.Axundova həsr olunmuş növbəti seminarı keçirilib.
Jurnalın baş redaktoru, akademik Kamal Abdullaya Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi A.Axundovun elmi fəaliyyətindən danışıb.
“Türkologiya” jurnalının nəşrindən bəhs edən akademik dərginin Azərbaycan elminin təbliğindən söz açıb.
Tədbirdə digər çıxış edənlər görkəmli alimin elmi yaradıcılığından danışıblar.