Ukrayna Qara dənizdə Rusiyanın hərbi desant gəmisini vurub

 

Ukrayna Silahlı Qüvvələri və Baş Kəşfiyyat İdarəsi Qara dənizdə Rusiyanın “Sezar Kunikov” hərbi desant gəmisini vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 14-də səhər saatlarında olub.

Rusiya Müdafiə Nazirliyi isə Belqorodda iki, Voronejdə bir, Qara dənizdə isə Ukraynanın altı PUA-sını məhv etdiklərinə dair məlumat yayıb.

Krımda yerli sakinlər iddia ediblər ki, gəmidə həyəcan siqnalı verilib, bundan sonra partlayış başlayıb, ərazidən qatı tüstü yayılıb.

“Sezar Kunikov” gəmisi 1986-cı il sentyabrın 30-da istismara buraxılıb. Gəminin uzunluğu 112,5 m, eni 15 m., heyət üzvlərinin sayı 87 nəfərdir.

“Sezar Kunikov” 2008-ci ilin avqustun 10-da gəmi Gürcüstanda gedən müharibə zamanı Qara dəniz donanmasının döyüşlərində iştirak edib.
 
2024-02-14 / 16:50
Facebook