Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

 

Pakistan Silahlı Qüvvələri fövqəladə döyüş hazırlığı vəziyyətinə gətirilib və İranın istənilən “avantürasına” qətiyyətlə cavab verəcək.

Reuters agentliyi bu barədə Pakistanın təhlükəsizlik qüvvələrindəki mənbəyinə istinadla məlumat yayıb.

Bir müddət öncə Pakistan Xarici İşlər Nazirliyi antiterror əməliyyatının keçirildiyini və əməliyyat zamanı İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına zərbələr endirildiyini elan edib.

Regionun hakimiyyət orqanlarının məlumatına görə, Pakistan ordusunun zərbələri nəticəsində doqquz nəfər, o cümlədən üç qadın və dörd uşaq həlak olub.

Qeyd edək ki, bundan öncə İran Pakistan ərazisinə raket zərbəsi endirmişdi.

2024-01-18 / 16:27
Facebook