Milli-mədəni irs amili türk xalqlarının bir-birinə daha da yaxınlaşmasında önəmli rola malikdir

 

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Qazaxıstanın bu ölkədəki səfiri Yerkebulan Sapiyev ilə görüşüb.

Fonddan bildirilib ki, görüşlərdə türk xalqlarının tarixi dostluq və qardaşlıq münasibətlərinin hazırda dövlət başçıları tərəfindən uğurla davam etdirilməsindən söz açılıb. Milli-mədəni irs amilinin qlobal miqyasda, eləcə də Türk dünyasında xalqların bir-birinə daha da yaxınlaşdırılması istiqamətində önəmli rolu vurğulanıb. Türk dövlətlərinin qədim və zəngin dəyərlərini öyrənən, qoruyan və beynəlxalq səviyyədə tanıdan Türk Mədəniyyəti və İrsi Fondunun çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşlərdə Fond ilə Azərbaycanın və Qazaxıstanın Türkiyədəki səfirlikləri arasında əməkdaşlığın gələcək istiqamətləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.

2024-01-18 / 16:26
Facebook