“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi - Tezliklə

 

Heydər Əliyev Mərkəzində tezliklə “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi açılacaq.

Sərgidəki eksponatlar vasitəsilə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin yaratdığı Ağqoyunlu dövlətinin xırda bəylikdən böyük imperiyaya qədər keçdiyi yolu, Azərbaycan dövlətçiliyi tarixindəki xüsusi yerini izləmək mümkün olacaq.

Ziyarətçilər bir çox nadir eksponatlar, o cümlədən, İstanbuldakı Harbiye Hərb Muzeyində (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) saxlanılan və indiyə qədər Türkiyə hüdudlarından kənara çıxarılmayan tarixi nümunələrlə tanışlıq imkanı qazanacaqlar.

Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür.

2023-09-12 / 13:13
Facebook