Vladimir Putin: "Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb"

 

“Ermənistan rəhbərliyi mahiyyətcə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Qarabağda hansısa etnik təmizləmədə maraqlı deyil.
“Ermənistan baş naziri Nikol Paşinyanla daim təmasdayam. Bu günlərdə ondan ətraflı məktub almışam”, - deyə Rusiya prezidenti bildirib.
V.Putin söyləyib ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb və özü Qarabağın statusunu müəyyən edib.
2023-09-12 / 13:06
Facebook