Türkiyənin koronavirus statistikasında 11 martdan bu yana ilk müsbət tendensiya yaşandı

 

"11 martdan bu günə kimi ilk dəfə olaraq sağalan xəstə sayımız mövcud koronavirus xəstələrinin sayını keçib. Görülən tədbirlərə riayət etsək, nəticə daha da yaxşı olacaq".

Bunu Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib. 

O həmçinin bu gün Türkiyədə daha 1670 nəfərdə koronavirusa yoluxma faktı aşkarlandığını bildirib. Son sutka ərzində infeksiyadan ölənlərin sayı isə 61 olub. 

 
2020-05-04 / 11:19
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.858
Facebook