Qoşa Qala qapılarının bərpasına başlanılıb

 

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) tarixi XII əsrə söykənən Qoşa Qala qapılarının bərpasına başlayıb.

İdarədən “Qafqazinfo"ya verilən məlumata görə, bərpa işlərinin əksəriyyəti Avstriyanın tanınmış “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilir.

Layihəyə əsasən, 2019-cu ildə Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həmçinin Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Hazırda Qoşa Qala qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilir. Layihənin cari ilin sonuna qədər başa çatması planlaşdırılır. 

2019-05-08 / 16:09
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8856
Facebook