• flag
  • Leyla Əliyevanın rəsmləri Kiril İstominin Bakı sərgisində nümayiş etdirilir

     

     

    Mayın 30-da Bakı Şopinq Festivalı çərçivəsində "Port Baku Mall"un bədii qalereyasında dünyanın ən məşhur interyer dizaynerlərindən olan Kiril İstominin "LivingwithArt" adlı şəxsi sərgisi açılıb.

    Verilən məlumata görə, sərgidə "Kirill Istomin Interior Design & Decorating" dizayn studiyasının bütün dünyada reallaşdırdığı foto layihələr təqdim edilir.

    Sərginin mərkəzində isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəsmləri quraşdırılıb.

    Qeyd edək ki, sərgidə nümayiş edilən fotoların müəllifləri dünyanın ən yaxşı interyer fotoqraflarıdır. Sərgidə, həmçinin xüsusi olaraq Bakı üçün yaradılmış və Azərbaycan motivləri ilə quraşdırılmış interyer nümayiş edilir.

     

    Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də tanınıb. Heydər Əliyev Fondunun vitse-prezidenti aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmiş rəsmlər çəkib. Leyla Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib.

    2002-ci ildə yaradılmış "Kirill Istomin Interior Design & Decoration" bu gün daxili dizayn və dekorasiya sahəsində lider mövqeyə malikdir. Layihələri bütün dünyada həyata keçirilir: Paris, Cenevrə, London, Nyu York, Kot d’Azur, İtaliya Rivierası, Los Anceles, Sankt-Peterburq, Moskva və Almatıda. Şirkətin təsisçisi Kiril İstomin AD və "ElleDecoration" jurnallarının versiyalarına görə ən yaxşı dekorçulardan biridir.

    Şirkət daxili memarlığın yaradılması və fərdi yaşayış binalarının və nümayəndəlik ofislərinin daxili dizaynından tutmuş, fərdi otaqların dekorasiyası və yenilənməsinədək müxtəlif miqyaslı layihələr üzərində işləyir. Hər bir obyekt üçün xüsusi mebel, divar kağızları və parçalar hazırlanır, eksklüziv stol dəstləri, yataq dəstləri, aksesuarlar sifariş edilir, həmçinin nadir sənət əşyaları seçilir.

    2018-05-31 / 15:31
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7000
    EUR 1.9479