• flag
  • “Korsar” baleti Vladivostokda azərbaycanlı xoreoqrafın quruluşunda təqdim ediləcək

    15076073892853047395_1000x669

    Oktyabrın 15-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın ikihissəli “Korsar” baleti nümayiş etdiriləcək.

    Səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən istifadə edilib. Balet, həmçinin Eldar Əliyevin librettosu əsasında hazırlanıb.

    “Korsar” baletinin dünya premyerası 1856-cı ildə Parisdə olub. Balet Primorsk səhnəsində ilk dəfə 2015-ci il aprelin 25-də nümayiş olunub. 2016-cı il mayın 12-də isə “Korsar” baleti Primorsk səhnəsində bərpa edilib.

    Bakıda dünyaya göz açan E.Əliyev Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1979-1992-ci illərdə Mariya Teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York və Pekində keçirilən beynəlxalq balet müsabiqələrinin münsiflər heyətinə daxildir. E.Əliyev 2016-cı ildə Rusiya Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O, həmçinin Çin Xalq Respublikası Şenyan Dövlət Konservatoriyasının fəxri professorudur.

    2017-10-10 / 09:15
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7002
    EUR 2.0070