• flag
  • Ölkəmizdən gələn qonaqlar Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində olublar

    15051274422200065166_1000x669

    Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalında iştirak etmək üçün Özbəkistanda səfərdə olan Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov Daşkənddəki səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) olublar.

    Qonaqlar əvvəl ulu öndər Heydər Əliyevin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə çiçək dəstələri qoyublar.

    Sonra onlar Mədəniyyət Mərkəzindəki Heydər Əliyev Muzeyi, Azərbaycanın Dövlətçilik Tarixi Muzeyinə baxıblar. Qonaqlar Mədəniyyət Mərkəzindəki naxıştikmə və əl işləri, rəqs və kompüter dərnəkləri, Azərbaycan dili və kompüter kursları ilə də tanış olub, AMM-nin çap etdirdiyi kitablara baxıblar.

    Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının çıxışı qonaqların marağına səbəb olub.

    2017-09-11 / 15:24
    AZERBAIJAN REALITIES MULTIMEDIA
    VALYUTA MƏZƏNNƏLƏRİ
    $ USD 1.7008
    EUR 2.0296