Xalq Artisti Cövdət Hacıyevin əsərlərindən ibarət konsert olub

14974421725252922038_1000x669

İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli bəstəkar, Xalq Artisti Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova görkəmli bəstəkar Cövdət Hacıyevin yaradıcılığından söhbət açıb, onun füsunkar musiqisinin Azərbaycan mədəniyyətinə töhfə olduğunu bildirib. Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və əvəzolunmaz şəxsiyyətindən danışaraq, onun tələbəsi olduğu üçün özünü xoşbəxt sandığını söyləyib.

Tədbirdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xoru, bəstəkarın adını daşıyan 3 nömrəli onbirillik musiqi məktəbinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Cövdət Hacıyevin əsərlərini səsləndiriblər. Konsertdə, həmçinin bəstəkarın xatirəsinə həsr edilmiş əsərlər ifa olunub.

2017-06-14 / 17:15
Facebook