Prezidentin mətbuat xidməti tərəfindən Milli Arxiv İdarəsinə 9 mindən çox foto və kino sənəd təhvil verilib


14954379151109610415_1000x669

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən daimi saxlanılmaq məqsədilə 2016-cı ili əhatə edən 9 min 865 saxlama vahidi fotosənəd, 1 saxlama vahidi kinosənəd Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

Bu barədə Milli Arxiv İdarəsinin mətbuat xidmətindən bildirilib.

Belə ki, 2016–cı ildə dövlət başçısının iş günlərini əhatə edən fotosənədlər - Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi səfərlərini, işgüzar görüşlərini, qəbullarını, beynəlxalq tədbirlərdə, forumlarda iştirakını, çıxışlarını, dövlət müstəqilliyimizin 25–ci ildönümü münasibətilə diplomatik nümayəndəliklərin rəhbərlərinin rəsmi qəbulunu əks etdirir. Daimi saxlanılmaq məqsədilə qəbul olunmuş fotosənədlər, eyni zamanda – Prezidentin regionlara, o cümlədən Tərtər, Bərdə, Ağdam, Masallı, Biləsuvar, Salyan rayonlarına səfərlərini, zavod və fabriklərin, yeni çəkilmiş avtomobil yollarının açılışında iştirakını, 2016–cı ilin yekunlarına həsr olunmuş dövlət tədbirində iştirakını və çıxışını, Dövlət Neft Şirkətinin yeni inzibati binasının açılışında və Qazax rayonunda yeni istifadəyə verilmiş “Əhəng zavodu”nun açılışında iştirakını əks etdirir.

Tarix üçün əhəmiyyətli olan foto – kino sənədlər hazırda arxivdə Milli Arxiv Fonduna daxil edilmək üçün rəsmiləşdirilir. Hər bir sənədin ayrıca məlumat bazası yaradılır.

2017-05-22 / 12:32
Facebook